İyul 23, 2020 13:03 Asia/Baku
  • Yunanıstan və Türkiyə arasında gərginlik davam edir

Türkiyə Aralıq dənizində seysmik kəşfiyyat işləri ilə bağlı Yunanistan iddiasını rədd edib.

SəhərAzəri xəbər verir, Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy, bu ölkənin "Oruç Reis" gəmisinin seysmik kəşfiyyat işləri aparmaq niyyətində olduğu Şərqi Aralıq dənizinin Türkiyənin qitə şelfinə aid olduğunu deyib.

Hami aksoy əlavə edib: "Türkiyənin TPAO (Türk Petrolleri Anonim Ortaklığı) enerji şirkəti 2012-ci ildə bu gəmiyə sertifikat verib və bu axtarış gəmisinin fəaliyyəti Avqustun 20-dək davam edə bilər.

Qarşı tərəfdə, Yunanıstanın Xarici İşlər Nazirliyi Şərqi Aralıq dənizində Türkiyənin potensial karbohidrogen ehtiyatlarını kəşf etməyə dair hazırlıq əməliyyatlarını Yunanıstan sularına qanunsuz daxil olmaq kimi dəyərləndirib və bu məkanın Yunanıstan qitəsinin şelfinə aid olduğunu iddia edib.

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi də du iddiaları rədd edərək, deyib ki, bu iddia beynəlxalq hüquq normaları,  hüquqi prosedurlar və məhkəmə qərarlarına zidddir.

Türkiyə ilə Yunanıstan arasında uzun sürən gərginliklər iyulun 21-də Türkiyə donanmasının Yunanıstan və Kirt arasındakı sularda "Navotex" adlı seysmoloji tədqiqatların aparılmasına dair göstərişindən sonra, kəskinləşib

Afina və Ankara arasında bölgədəki karbohidrogen ehtiyatları ilə bağlı mübahisə var. Lakin bu problemin əsl kökü Türkiyənin Kiprin suverenliyini rəsmən tanımamasıdır.

Teqlər

Şərhlər