Sen 12, 2020 21:39 Asia/Baku
  • Ərdoğan Fransa prezidentinə xəbərdarlıq etdi

Rəcəb Təyyib Ərdoğan Fransa prezidenti Emanuel Makrona Türkiyə ilə qarşıdurmadan çəkiməsinə dair xəbərdarlıq etdi.

Səhər Azəri bildirir ki, Ərdoğan Fransa prezidentinə Türk xalqı ilə düşmənçilikdən çəkinməsinə dair xəbərdarlıq edib. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan hərbi çevrilişin 40-cı ildönümünə həsr olunmuş mərasimdə etdiyi çıxışda Fransa prezidenti Emanuel Makrona xitabən deyib: "Türk xalqı ilə düşmənçilikdən çəkin. Afrika tarixi, Türkiyə tarixidir."

Ərdoğan Fransa prezidentinin son günlər medianın gündəmində olduğuna işarə edərək, onun tarixdən xəbərsiz olduğunu deyib: "Türk xalqı ilə düşmənçilikdən çəkin. Afrika tarixi, Türkiyə tarixidir. Siz Əlcəzairdə, Ruandada minlərlə insanı qətlə yetirmisiniz. Buna görə də bizə insanlıq dərsi verməyə haqqınız yoxdur."

Türkiyə prezidenti daha sonra Fransanın Liviyada da minlərlə insanı qətlə yetirdiyini xatırladıb: "Bunlar neft və qızıl sevdası ilə Liviya və Afrikaya soxulublar. 

Fransa prezidenti Emanuel Makron bir müddət öncə Türkiyə xalqı ilə heç bir probleminin olmadığını, sadəcə Ərdoğan hakimiyyəti ilə problemi olduğunu deyərək, Türkiyənin Aralıq dənizindəki neft və qaz yataqlarında axtarış-kəşfiyyat əməliyyatı aparmasını "qəbuledilməz" adlandırmışdı.

Teqlər

Şərhlər