Sen 13, 2020 17:09 Asia/Baku
  • Türkiyə ön şərt olmadan müzakirəyə hazırdır

Türkiyə Şərqi Aralıq dənizindəki ixtilafların həlli istiqamətində heç bir ön şərt olmadan danışıqlara hazırdır.

Səhər Azəri bildirir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib. 

Mövlud Çavuşoğlu bazar günü Malta xarici işlər naziri ilə birgə mətbuat konfransında Şərqi Aralıq dənizi ilə bağlı Türkiyə ilə Yunanıstan arasındakı ixtilaflara toxunaraq deyib: Haqlı olan müzakirədən çəkinməz. 

Türkiyə xarici işlər naziri ölkəsinin başqalarının haqq və hüquqlarına göz tikmədiyini amma, öz haqqını da sonuna kimi müdafiə edəcəyini deyib. 

Ankara və Liviyanın Milli Birlik Hökuməti arasında əldə olunan dəniz anlaşmasının ardınca Türkiyə ilə Yunanıstan və Kipr arasında ixtilaflar dərinləşib. Yunanıstan və Kipr Şərqi Aralıq dənizindəki neft və qaz yataqlarının mülkiyyəti iddiasındadırlar. Ankara isə ixtilaflı sulardakı neft və qaz yataqlarında qazma əməliyyatları həyata keçirir. 

Şərhlər