Sen 14, 2020 11:45 Asia/Baku
  • HDP-li millət vəkilinin şübhələri var

Xalq Demokrat Partiyasının (HDP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının başçısı Səhiyyə Nazirliyinin koronavirusla bağlı açıqladığı rəqəmlərin həqiqəti əks etdirmədiyini iddia edib.

Səhər Azəri bildirir ki, Meral Danış Beştaş koronavirus xəstəliyinə dair Türkiyə Səhiyyə Nazirliyi tərəfindən elan olunan rəqəmlərin həqiqəti əks etdirmədiyini deyib. 

Məlumata görə, HDP-nin TBMM-dəki fraksiya lideri Meral Danış Beştaş Türkiyə Səhiyyə Nazirliyi tərəfindən koronavirus infeksiyasına yoluxma və ölüm hallarına dair statistika həqiqəti əks etdirmir: "Türkiyənin Səhiyyə Nazirliyi koronavirus xəstələri arasındakı ölüm hallarına dair yalan söyləyir. Və bu virusa yoluxduğu üçün həyatını itirən insanların ölüm səbəbini "təbii" ölüm kimi qeydə alırlar."

Cümhuriyyət qəzetinin yazdığına görə, Sirt şəhərində koronavirus testi müsbət çıxmış insanlar arasında ölüm hallarının "təbbi ölüm" kimi qeydə alındığını deyən Beştaş bu iddia ilə Türkiyə Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlərin yalan olduğunu söyləyir. 

Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən açıqlanmış son statistikada koronavirus infeksiyasına yoluxanlar arasında 7056 ölüm halının qeydə alındığıbildirilir. 

Teqlər

Şərhlər