Okt 26, 2020 11:03 Asia/Baku
  • Türkiyə Fransanı tənqid etdi

Türkiyə Fransanın hadisələrə və ikitərəfli əlaqələrə təktərəfli və mərkəzçi yanaşmasını davam etdirdiyini bildirib.

SəhərAzəri trt.net-ə istinadla xəbər verir, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında Fransanın Avropa və Xarici İşlər naziri Jan-İv Le Drianın Ankara səfirini məsləhətləşmə üçün Parisə çağırmasına qərar verdiyini  açıqlarkən, Türkiyəyə qarşı istifadə etdiyi ifadələrə reaksiya verib. Açıqlamada deyilib: "Le Drianın Ankara səfirini çağırma qərarını elan edərkən,  Fransanın başlatdığı və dərinləşdirdiyi bir gərginlik prosesini izah etməyə çalışdığı məlum olur. Açıqlamada dilə gətirilən mövzular təəssüf ki, Fransanın hadisələrə və Türkiyə ilə ikitərəfli əlaqələrinə təktərəfli və eqosentrik yanaşmasının davam etdiyini göstərir".

Fransa Prezidenti Emmanuel Makron və Fransız mediasının uzun müddətdir Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanı və Türkiyəni hədəf göstərməsinə cavab verilmədiyinin xatırladıldığı açıqlamada bildirilib: "Müsəlmanları incidən karikaturaların ifadə azadlığı adı altında müsəlmanları hökumət binalarına əks olunmasına da yenə reaksiya verilmədi. Həqiqətlər dilə gətirildiyi zaman Qərbin hər zamankı ikiüzlüyüyü ilə ifadə azadlığı yox sayılır.

  Türkiyə terrorun hər növü və zorakılıqla illərdir mübarizə aparan bir ölkə kimi bu hadisələrin qurbanları kimi (Fransız müəllimi) Samuel Pattynin öldürülməsindən kədər duyur. Fransada dövlətimizin ən yüksək səviyyəli təmsilçisi də bu kədərimizi dilə gətirdi. Türkiyənin terror kontekstindəki həssaslığı dil, din, irq və düşüncə ayrıseçkiliyini əhatə etmir. Vəziyyət belə olduqda illərlə  terror təşkilatı PKK tərəfindən şəhid edilən müəllimlərimizlə əlaqəli bir dəfə olsun açıqlama vermək ehtiyacı duymayan Fransanın indi belə bir həssaslıq göstərməsi mənalıdır".

Teqlər

Şərhlər