Noy 20, 2020 16:15 Asia/Baku
  • Türkiyә XİN: ‘‘Fәlәstin xalqının haqlı mübarizәsini müdafiә etmәyә davam edәcәk’’

TürkiyәABŞ dövlәt katibi Mayk Pompeonun İordan çayının qәrb sahilindә inşa edilәn qeyri-qanuni yaşayış mәntәqәlәrini ziyarәt etmәsi ilә bağlı bәyanat verib.

SəhərAzəri TRT-yə istinadən xəbər verir ki, Türkiyә Amerika Birlәşmiş Ştatları dövlәt katibi Mayk Pompeonun İordan çayının qәrb sahilindә inşa edilәn qeyri-qanuni yaşayış mәntәqәlәrini ziyarәt etmәsi ilә bağlı bәyanat verib.

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda ABŞ dövlәt katibi Mayk Pompeonun Fələstinin işğal edilmiş ərazilərinə etdiyi sәfәr çәrçivәsindә İordan çayının qәrb sahilindәki qeyri qanuni yaşayış mәntәqәlәrinә baş çәkmәsini ‘‘yalnış  addım’’ adlandırıb.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Bu sәfәrin arxasında İsrail rejimin işğal altındakı Fәlәstin torpaqlarındakı qeyri-qanuni hәrәkәtlәrini qanunilәşdirmәk mәqsәdi dayanır. Bu birtərəfli addımlar İsrail-Fələstin münaqişəsinin hәllinә dair beynәlxalq parametrlәrә, BMT qәtmnamәlәrinә və Fələstin xalqının hüquq və azadlığına xələl gətirməyəcək’’.

Bәyanatda hәmçinin vurğulanıb ki, Türkiyә Fәlәstin xalqının haqlı mübarizәsini müdafiә etmәyә davam edәcәk. 

Teqlər

Şərhlər