May 09, 2017 09:09 Asia/Baku
  • Ərdoğan Fələstin məsələsinin həllinə təkid edib
    Ərdoğan Fələstin məsələsinin həllinə təkid edib

Türkiyə prezidenti deyib: Fələstin məsələsinin ədalətli həlli olmadan Orta şərq məntəqəsində sülh və sabitliyin bərqərar edilməsi mümkünsüzdür.

İRNA-nın verdiyi m əlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən İstanbulda etdiyi çıxışında Qüdsün müsəlmanların ilk qibləgahı, peyğəmbərlər şəhəri və izzət və namus hərimi olduğunu dilə gətirib.

Buna baxmayaraq rəsmi Ankara son vaxtlar Qüdsü işğal edən rejim ilə əlaqələrini yenidən başlayıb. 

Türkiyə prezidenti həmçinin HƏMAS-ın son siyası bəyannaməsini Fələstin məsələsinin həlli istiqamətində HƏMAS ilə FƏTH arasında razılaşma uğrunda önəmli addım olduğunu deyərək innən belə Fələstin xalqının hüquqları və azadlığı uğrunda mübarizənin gücləndiriləcəyini iddia edib. 

Türkiyə prezidenti Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin muxtariyyətinin diplomatik səylərinə dəstək verəcəyini bildirib. 

Fələstinlilərin çoxu Qəzzə zolağındakı böhranların və Fələstin xalqına təzyiqlərin gücləndirilməsində Mahmud Abbasın suçlu olduğuna inanır. 

Bu həftə yayılan HƏMAS-ın bəyannaməsində ilk dəfə olaraq müstəqil Fələstin ölkəsinin 1948-ci ilin sərhədləri deyil 1967-ci ilin sərhədlərində təşkil olunması bildirilib və eyni zamanda HƏMAS-ın həmişəlik mövqeyi olan "İsrailin məhv edilməsi" bəndi bəyannamədən çıxarılıb. 

Teqlər