May 11, 2017 21:05 Asia/Baku
  • Türkiyə ABŞ-ın kürd qruplara silah köməyini tənqid edib

Türkiyənin baş naziri Binalı Yıldırım Amerikanın Suriyadakı kürd qüvvələrə silah göndərməsini tənqid edib.

IRNA-nın məlumatına görə, Türkiyənin baş naziri Binalı Yıldırım ABŞ prezidenti Donald Trampın bu ölkənin müdafiə nazirliyinə Suriyadakı kürd qüvvələrə silah göndərməsinə dair hökmünə reaksiyada deyib ki, bu ifratçı qrupları silahlandırmaq qəbulediləsi deyildir.

Yıldırım əlavə edib: Türkiyə, özü terror qrupu olan PKK kimi kürd silahlı qüvvələrdən İŞİD terror qrupuna qarşı istifadə edilməsilə müxalifdir.

Londonda səfərdə olan Türkiyənin baş naziri bu gün Beynəlxalq Somali Konfransının kənarında ABŞ-ın müdafiə naziri Ceyms Matislə Vaşinqtonun suriyalı kürd qüvvələrə silah köməyi barədə danışıb.

Teqlər