İyun 08, 2017 11:31 Asia/Baku
  • Türkiyə hərbçiləri
    Türkiyə hərbçiləri

Türkiyə Böyük Millət Məclisi bu ölkə silahlı qüvvələrinə Türkiyənin Qətərdəki hərbi bazasına əlavə qüvvə göndərmək icazəsi verən bir qanun qəbul etməlidir.

Röyters-in verdiyi məlumata görə, hakim Ədalət və İnkişaf Partiyasının rəhbər üzvləri bildiriblər ki, Türkiyə Parlamentinin bu hərəkəti bəzi region və ərəb ölkələrinin siyasi və iqtisadi blokadası ilə üzləşən Qətəri himayə anlamı daşıyır. 

Səudiyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn bazar ertəsi günü Dohanı ifratçı qrupları maliyyələşdirməkdə ittiham edərək, Qətər ilə bütün diplomatik əlaqələrini kəsiblər. Qətər bu ittihamları qatı formada rədd edir. 

Bu, Ərəb ölkələri arasında son bir neçə on illikdə müşahidə olunan ən ciddi və kəskin ixtilafdır. 

Teqlər