İyul 20, 2017 08:56 Asia/Baku
  • Türkiyəli rejissor Gülən hərəkatı ilə əməkdaşlıqda ittiham və həbs edildi
    Türkiyəli rejissor Gülən hərəkatı ilə əməkdaşlıqda ittiham və həbs edildi

Türkiyə prezidenti ilə bağlı çəkilən filmin rejissoru Gülən hərəkatı ilə əməkdaşlıqda ittiham və həbs edilib.

Frans Press-in verdiyi məlumata görə, Əli Avcının rejissorluq etdiyi "Oyanış" filmində 1960-cı il dövlət çevrilişi ilə bağlı səhnələrə, Türkiyənin mərhum prezidenti Xəlil Turqut Özalın şübhəli ölümü ilə bağlı kadrlara, ötən ilin 15 iyulunda yaşanmış dövlət çevrilişinə uğursuz cəhd ilə bağlı görüntülərə və hazırkı prezident Rəcəb Təyyib Ərdoğanın siyasi fəaliyyəti ilə bağlı təsvirlərə malikdir. 

Türkiyədə Ərdoğan hökuməti ilə müxalif olanların Gülən hərəkatı ilə əməkdaşlıqda ittiham və həbs edilməsi artıq adi hal alıb. 

Türkiyədə 15 iyul 2016-cı il dövlət çevrilişinə uğursuz cəhd zamanından bəri 170 minə yaxın insan tutduğu vəzifədən kənarlaşdırılıb və ya həbs edilib. 

15 iyul 2016-cı ildə dövlət çevrilişinə uğursuz cəhd planının arxasında duran əsas fiqurun Fətullah Gülən olduğu bildirilir. 

Teqlər