Avq 22, 2017 09:29 Asia/Baku
  • Türkiyə və İraqın şimalında 4 PKK-çı öldürülüb
    Türkiyə və İraqın şimalında 4 PKK-çı öldürülüb

Türkiyə ordusunun Diyarbəkir vilayəti və İraqın şimalına hava hücumlarında PKK-nın dörd üzvü öldürülüb.

Türkiyənin TRT televiziyasının məlumatına görə, bu ölkə qırıcılarının ötən gün İraqın şimalında Zap bölgəsinə hava hücumunda 3 PKK-çı öldürülüb və onlara məxsus üç gizli məkan məhv edilib. 

Ötən gün bir PKK-çı da Diyarbəkir vilayətinin Kulp ətrafında keçirilən əməliyyatda öldürülüb. 

Kürdlərin Türkiyə hökuməti ilə ixtilaflarını həll etmək üçün 2015-ci il iyulda müzakirələr prosesinin dayandırılması ilə kürd sakinli bölgələr ordu və PKK yaraqlılarının qarşıdurmasının şahididr. Nəticədə 600-dən çox təhlükəsizlik qüvvəsi və təxminən 7 min PKK üzvü ölüb. 

Teqlər