Sen 25, 2017 14:08 Asia/Baku
  • Ankara: İraq Kürdüstanında keçirilən referendumu tanımırıq
    Ankara: İraq Kürdüstanında keçirilən referendumu tanımırıq

Türkiyə Xarici İşlər Nazirliyi İraq Kürdüstanında separatçılıq referendumunun keçirilməsinə reaksiya olaraq deyib: Ankara bu referendumu qeyri-qanuni hesab edir və onu tanımayacaq.

PressTV-nin məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirliyi bazar ertəsi günü bir bəyanat yayaraq, bildirib: İraq Kürdüstanında keçirilən separatçılıq referendumu dəyərsiz və qeyri-qanunidir. 

Bəyanatda deyilir: Əgər İraq Kürdüstanında keçirilən separatçılıq referendumunun ardınca Türkiyənin təhlükəsizliyini təhdid edəcək hər hansı bir addım atılarsa, Ankara bütün lazımi tədbirləri görəcək. 

Türkiyə Xarici İşlər Nazirliyi həmçinin, İraq Kürdüstanındakı vətəndaşlarından dərhal bu məntəqəni tərk etmələri barədə göstəriş verib. 

Türkiyənin Xarici İşlər Nazirliyi həmçinin, öz bəyanatında vurğulayıb: İraq Kürdüstanında separatçılıq referendumunun keçirilməsi regionun sabitliyi və təhlükəsizliyini ciddi təhlükə qarşısında qoymuş olur. 

Türkiyə dünən bazar günü öz hava zonasını İraq Kürdüstanı üçün bağlı elan edib. 

Habelə, Türkiyə İraqın Ərbil şəhərinə olan təyyarə reyslərini də dayandırıb. 

Regional və beynəlxalq etirazlara habelə, İraqın mərkəzi hökumətinin müxalifətinə baxmayaraq, İraq Kürdüstanında bu gün separatçılıq referendumu keçirilir. 

Teqlər