Okt 14, 2017 19:23 Asia/Baku
  • Türkiyə İdlibdə nəzarət postları yaradır
    Türkiyə İdlibdə nəzarət postları yaradır

Suriya silahlı qüvvələri baş qərargahı Suriyanın İdlib vilayətində gərginliyin azaldılması məntəqələrində nəzarət postlarının yaradılması əməliyyatına başlandığını bildirib.

İRNA-nın məlumatına görə, Türkiyə silahlı qüvvələri baş qərargahı cümə günü bir bəyanat yayaraq, bildirib: Suriyanın İdlib vilayətində gərginliin azaldılması məntəqələrində  yerləşən Türkiyə hərbçiləri nəzarət postlarının yaradılmasına başlayıblar.

Türkiyə ordusu Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya böhranı ilə əlaqədar İran, Rusiya və Türkiyənin iştirakı ilə keçirilən müzakirələrdə əldə edilmiş anlaşmaya habelə, 30 sentyabr 2016-cı il tarixində Türkiyə, Rusiya və İran arasında əldə edilmiş Suriyada atəşkəs razılaşmasına əsasən, Suriyada atəşkəsə zəmanət verən 3 ölkədən biri kimi Suriyanın İdlib vilayətinə daxil olub.

Teqlər