Okt 30, 2017 10:24 Asia/Baku
  • Türkiyənin İrandakı səfiri: Tehran-Ankara əlaqələri xüsusi mərhələyə daxil olub
    Türkiyənin İrandakı səfiri: Tehran-Ankara əlaqələri xüsusi mərhələyə daxil olub

Türkiyənin Tehrandakı səfiri deyib: İran və Türkiyə bir çox ortaqlıqlar və möhkəm bağlılıqlara malikdirlər və iki ölkənin əlaqələri digər bir xüsusi mərhələyə daxil olubdur.

Rza Hakan Tekin dünən gecə Türkiyənin Tehrandakı səfirliyi məkanında Türkiyə respublikasının elan olunmasının 94-ci ildönümü günü münasibətilə keçirilən mərasimdə İranın birinci vitse-prezidenti Eshaq Cahangirinin Türkiyəyə olmuş son səfərinə toxunaraq, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin yaxın gələcəkdə Türkiyəyə olacaq səfərindən xəbər verib.

Türkiyənin Tehrandakı səfiri sonra deyib: İran-Türkiyə birgə iqtisadi əməkdaşlıqlar komissiyasının 26-cı iclası 2017-ci ilin noyabr ayında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi və İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədarinin müştərək sədrliyi ilə Tehranda keçiriləcək.

Rza Hakan Tekin ümid etdiyini bildirib ki, iki ölkə arasında mövcud olan bağlılıqlar iqtisadiyyat, ticarət, energetika və turizm sahələrində konkret layihələrin həyata keçirilməsilə daha da möhkəmlənərək, çeşidli olacaq.

Türkiyənin Tehrandakı səfiri həmçinin belə qeyd edib: Türkiyə-İran həmkarlıqlarının genişlənməsi regionda sülh, təhlükəsizlik və sabitliyə yardım edəcək və ümid edirik ki, regionda iki ölkə münasibətlərinin inkişaf etməkdə olan bağlılıqlarından daha müsbət və daha davamlı nəticələr olunacaq.

 

 

 

Teqlər