Noy 02, 2017 13:11 Asia/Baku
  • Türkiyə parlamentinin üzvünə 11 ay həbs hökmü verilib
    Türkiyə parlamentinin üzvünə 11 ay həbs hökmü verilib

Türkiyənin Xalqların Demokratik Partiyasının(HDP) üzvü və Diyarbəkirin parlamentindəki nümayəndəsi 11 ay azadlıqdan məhrum edilib.

İRNA-nın verdiyi məlumata görə, Diyarbəkr məhkəməsi dünən Ziya Piri dövlət rəsmilərini təhqir etdiyinə, məhkəmə aparatını bəzi kürd qurum və mediaların fəaliyyətinin dayandırılması üçün verdiyi hökmlərinə görə tənqid etdiyi üzündən , 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edib. 

2016-cı il iyul ayında Türkiyədə baş verən uğursuz dövlət çevrilişindən sonra Ankara parlament üzvlərinin məhkəmə toxunulmazlığı qanununu ləğv etdi və sonra bir çox millət vəkillərini məhkəməyə çağırtdırdı, amma HDP nümayəndələri məhkəmənin çağırışlarına məhəl qoymadılar. 

Bunun ardınca HDP-nin başçılarından olan Səlahəddin Dəmirtaş və Figen Yüksək dağ həmin partiyanın 9 nümayəndəsi ilə birlikdə ötən il noyabrın əvvəllərində həbs edildilər və indiyədək həbsdə saxlanılırlar. 

10 ay öncə Dəmirtaşa 45-142 və Yüksək dağa 30-83 il həbs cəzası istənildi. 

İstanbul məhkəməsi cümə günü uğursuz dövlət çevrilişində əli olmaq ittihamı ilə 25 hərbçiyə ömürlük həbs cəzası verib. 

2016-cı il 11 iyuldan bəri ordu, polis, məhkəmə işçiləri, müxalifət başçıları, sənətkar və yazıçılardan ibarət çoxlu sayda adam həbs edilib. 

Avropa ölkələri və Türkiyə müxalifəti hökuməti çevriliş hadisəsində siyasi müxaliflərə qarşı hesab çürütmək üçün faydalanmaqda ittiham edirlər. 

Teqlər