Noy 24, 2017 13:16 Asia/Baku
  • Türkiyədə İŞİD-lə əlaqədar onlarla şübhəli saxlanıldı
    Türkiyədə İŞİD-lə əlaqədar onlarla şübhəli saxlanıldı

Kütləvi İnformasiya Vasitələri Türkiyə polis əməkdaşlarının İstanbul şəhərində keçirdiyi əməliyyatda 16 nəfəri əcnəbi vətəndaş olan 20 nəfərin saxlanıldığını bildiriblər.

Fars Xəbər Agentliyinin məlumatına görə, Türkiyənin İstanbul şəhərində polis əməkdaşlarının keçirdiyi əməliyyatda İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 20 nəfər saxlanılıb. 

Türkiyə polisinə bağlı dairələr bildiriblər ki, İstanbulun müxtəlif bölgələrində polis əməkdaşlarının bir neçə əməliyyatında İŞİD-lə əlaqədə şübhəli bilinən 16 əcnəbi vətəndaş saxlanılıb. 

Bu dairələr bu əməliyyatda saxlanılan əcnəbi vətəndaşların kimliyinə toxunmayıblar. 

Daily Sabahın məlumatına görə, İstanbul polisi ötən il avqust ayından minimum 100 əməliyyat keçirib və İŞİD-lə əlaqədə şübhəli bilinən təxminən 1000 nəfər saxlanılıb. 

İstanbulda İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslərin saxlanılması ilə yanaşı qeyd edək ki, ötən iki il ərzində bu terror qruplaşması Türkiyənin bəzi şəhərlərində bir neçə terror aktının məsuliyyətini üzərinə götürüb. 

Teqlər