Yan 13, 2018 18:11 Asia/Baku
  • Abdullah Gül Türkiyədə elan edilmiş fövqəladə vəziyyətin sonlandırılacağına ümidvarlıq edib
    Abdullah Gül Türkiyədə elan edilmiş fövqəladə vəziyyətin sonlandırılacağına ümidvarlıq edib

Türkiyənin keçmiş prezidenti Abdullah Gül 15 iyul 2016-cı il tarixində Türkiyədə dövlət əleyhinə uğursuz çevriliş cəhdinin ardınca elan edilən fövqəladə vəziyyətin tezliklə sonlandırılmasını istəyib.

Net Qazeta internet qəzetinin yazdığına görə, Abdullah Gül İstanbulda jurnalistlər qarşısında etdiyi çıxışında bu məsələyə işarə edərək, fövqəladə vəziyyətin müddətinin daha 3 ay üçün uzadılması məqsədi ilə parlamentə yeni qanun layihəsinin göndərilməsinə toxunub və deyib: Ümidvaram bu fövqəladə vəziyyətin müddətinin uzadılması üçün parlamentdə təsdiq edilən sonuncu layihə olsun.

Teqlər