Yan 14, 2018 10:57 Asia/Baku
  • Ərdoğan: Terrorçular İdlibdə məhv edilməkdədirlər
    Ərdoğan: Terrorçular İdlibdə məhv edilməkdədirlər

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətində həyata keçirilən əməliyyatlar ilə terrorçular məhv edilməkdədirlər və Afrində də terrorçuların təslim olmaqdan başqa çıxış yolu yoxdur.

İRNA-nın məlumatına görə, Rəcəb Təyyib Ərdoğan şənbə günü hakimi Ədalət və İnkişaf Partiyasının Elazığ şəhərində keçirilən 6-cı konqresində deyib: Terrorçuların Türkiyədəki təxribatçılıqlrı önlənilib və elə buna görə də, Türkiyənin cənub sərhədləri boyunca, Suriyanın şimal məntəqələrində bir terror koridoru yaratmağa çalışırlar. 

Türkiyə prezidenti əlavə edib: Ötən il "Fərat Qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Cərablus və Əl-Bab məntəqələrində 3 min İŞİD terrorçusu öldürüldü və əgər lazım gələrsə, daha 3 min terrorçu məhv ediləcək. 

Rəcəb Təyyib Ərdoğan həmçinin, Türkiyənin terrorçular ilə mübarizədə ciddi olduğuna təkid edib və ABŞ başçılarına xitabən deyib: Öz hərbi yuniformalarınızı terrorçuların əyninə geyindirmək və öz bayraqlarınızı onların mövqeləri üzərinə sancmaqla, həqiqətləri ört-basdır edə bilməzsiniz. 

Türkiyə prezidenti ABŞ dövlətinə xitabən deyib: Minlərlə yük maşını və təyyarə ilə məntəqəyə göndərdiyiniz silahlar qara bazarda satışa çıxarılıb və onlardan Türkiyə əleyhinə istifadə edilir. 

Teqlər