Yan 17, 2018 11:04 Asia/Baku
  • PKK-nın komandanı ələ keçirildi

PKK terror qruplaşmasının tanınmış komandanlarından biri Türkiyənin Van şəhərində Bursa polisi tərəfindən ələ keçirilib

Türkiyədə çıxan Deyli Sabah qəzetinin internet səhifəsində yer alan məlumata görə, Türkiyənin Bursa vilayətinin təhlükəsizlik qüvvələri çərşənbə axşamı PKK-nın yüksəks səviyyəli komandanlarından olan "Səfkan" ləqəbli şəxsi Van şəhərinin çıxışında həbs ediblər. 

Türkiyənin şərq və cənub-şərqindəki dağlıq ərazilər habelə, İraqın şimalındakı yüksəkliklər PKK terrorçularının əsas sığınacağı sayılır. 

Teqlər