Mart 16, 2018 11:24 Asia/Baku
  • Türkiyənin mühasirə halqasının daha da daralması nəticəsində Afrində yaranmış çətin vəziyyət
    Türkiyənin mühasirə halqasının daha da daralması nəticəsində Afrində yaranmış çətin vəziyyət

Türkiyə ordusu Afrin şəhərindəki hərbi əməliyyatnı davam etdirərək, bu şəhərin rabitə sistemi və suyunun kəsilməsinə, eləcə də səhiyyə bölməsinin iflic olmasına bais olubdur.

Türkiyə ordusu Afrin şəhərinin cənubundakı "Tələ Qubar" və "Tələ Kukəbə" qəsəbələrinə yiyələndikdən sonra bu şəhərin mühasirə dairəsini daha da daraldıbdır. Dərmanın bitməsi, habelə su və rabitə şəbəkələrinin fəaliyyətlərinin kəsilməsi ilə Afrin şəhəri çətin insan durumuna düşübdür. Belə bir halda, Türkiyə qırıcıları Əqibə məntəqəsində Suriya ordusunun tabeliyində olan bəzi məntəqələri hədəfə alaraq, bu məntəqəyə ağır xəsarətlər vurublar.

Türkiyə ordusunun Suriyanın Afrin şəhərindəki əməliyyatından əlli gündən çox bir müddət keçir. Bu əməliyyatda sürətli hadisələr baş verdi. Belə ki, türkiyəli qüvvələr silahlı qruplarla yanaşı, Afrin şəhərinin cənubundakı "Tələ Qubar" və "Tələ Kukəbə" qəsəbələrin nəzarətini öz əllərinə aldılar ki, bu da Türkiyə ordusunun Afrin şəhərinin mərkəzini və bu şəhərin ətrafındakı yüzdən çox kəndi mühasirəyə almasına gətirib çıxardı.

Teqlər