Mart 17, 2018 19:02 Asia/Baku
  • Türkiyə: Rusiyanın Krımdakı iştirakı beynəlxalq hüququ pozur
    Türkiyə: Rusiyanın Krımdakı iştirakı beynəlxalq hüququ pozur

Türkiyə Xarici İşlər Nazirliyi cümə günü bir bəyanatda bir daha Rusiyanın Krım yarımadasındakı iştirakının beynəlxalq qanunları pozduğunu və Ukraynanın ərazi bütövlüyü və hakimiyyətini dəstəklədiyini bildirib.

Krım yarımadasının Rusiyaya ilhaq edilməsinin 4-cü illiyi münasibəti ilə verilən Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında Ankaranın 2014-cü ildə bu yarımadada keçirilən referendumun nəticələrini rəsmən tanımadığı və onu qeyri-qanuni hesab etdiyi bildirilib. 

Türkiyə XİN bu bəyanatda bildirib: Ankara Krımdakı olayları, xüsusilə də tatar türklərinin vəziyyətini yaxından izləyir. 

Türkiyə bundan öncə də Krım yarımadasının Rusiyaya ilhaq edilməsini qeyri-qanuni adlandırmışdı. 

Ötən yüzilliklərdə tatar sakinli olan Krım yarımadası həmişə dünya qüdrətlərinin münaqişəli məkanı olmuşdur. 

Teqlər