Apr 19, 2018 23:03 Asia/Baku
  • Türkiyə hökumət sözçüsü növbədənkənar seçkilərdən danışıb
    Türkiyə hökumət sözçüsü növbədənkənar seçkilərdən danışıb

Türkiyə hökuməti sözçüsü deyib: Növbədənkənar seçkilər Türkiyəyə qarşı məkirli planların zərərsizləşdirilməsi istiqamətində atılan addımdır.

Türkiyə hökumətinin sözçüsü və baş nazirin müavini Bəkir Buzdağ bu gün Anadoluya verdiyi müsahibədə deyib: 24 iyunda xalqın səsi ilə ölkənin yeni idarə sistemi öz işinə başlayacaq. 

Buzdağ Türkiyədə növbəti prezident seçkilərinin təxirə salınmasında heç bir faydanın olmadığını bildirərək deyib: Prezident Rəcəb Təyyib Ərdoğan Ədalət və İnkişaf Partiyası, Milli Hərəkat Partiyasın və Vətən Partiyasının müştərək namizədi olacaq. 

Dünən Ərdoğan növbədənkənar prezident seçkilərinin gələcək hökumət sistemi barədə anlaşılmazlıqların aradan qaldırılması və regiondakı hadisələrlə bağlı olduğunu bildirmişdi.