Apr 21, 2018 22:04 Asia/Baku
  • Türkiyə baş nazirindən ABŞ Dövlət Departamentinə sərt cavab
    Türkiyə baş nazirindən ABŞ Dövlət Departamentinə sərt cavab

Türkiyənin baş naziri Binali Yıldırım ABŞ Dövlət Departamenti sözçüsünün Türkiyədə keçiriləcək seçkilərlə bağlı dediklərinə sərt reaksiya verib.

Binali Yıldırım Ankarada jurnalistlər qarşısında verdiyi açıqlamada ABŞ Dövlət Departamentinin sözçüsü Heder Nortun Türkiyədə keçiriləcək seçkilərlə bağlı dediklərinə cavab olaraq, deyib: Amerikalılar yaxşı olar ki, öz işləri ilə məşğul olsunlar.

Türkiyənin başnaziri həmçinin deyib: Amerikada prezident seçkilərinin keçirilməsindən il yarımın keçməsinə baxmayaraq, seçkilərdə saxtakarlıqla bağlı qalmaqal hələ də davam edir.

ABŞ Dövlət Departamentinin sözçüsü Heder Nort Türkiyədə fövqəladə vəziyyətin davam etməsinə işarə edərək, deyib: Belə bir şəraitdə azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi çətindir. Və Amerika bu xüsusda nigaranlıqlara malikdir.

Türkiyədə vaxtından əvvəl parlament və prezident seçkiləri 24 iyun 2018-ci ildə keçiriləcək.

Teqlər