May 23, 2018 09:15 Asia/Baku
  • Türkiyə sionist rejimə qarşı ticarət sanksiyasını vurğulayıb
    Türkiyə sionist rejimə qarşı ticarət sanksiyasını vurğulayıb

Türkiyə prezidenti deyib: Ankara sionist rejimə qarşı ticarət sanksiyası üçün əsaslı addım atmaq niyyətindədir.

Rəcəb Tayyıb Ərdoğan dünən bildirib ki, İslam ölkələrinin İstanbulda keçirilən son konfransında sionist rejimə qarşı ticarət sanksiyası barədə kollektiv qərardan sonra Ankara bu haqda dəqiq və lazımi araşdırmalar aparmaqdadır.

Türkiyə prezidenti həmçinin deyib: Ankara İslam Əməkdaşlığı Təşkilatına üzv bütün ölkələrdən istəyir ki, sionist rejimə qarşı ticarət sanksiyası və bu rejimin təcrid olunması istiqamətində ciddi addımlar atsınlar.

ABŞ səfirliyinin Qüdsə köçürülməsi və sionist rejimin Qəzzə zolağındakı cinayətlərinin ardınca İslam ölkələri başçılarının fövqəladə iclası Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın dəvətilə ötən həftə İstanbulda keçirildi.

İslam ölkələrinin başçıları bu iclasda sionist rejimin Qəzzə zolağındakı cinayətlərini pisləyərək, bu rejimin ticari cəhətdən sanksiya edilməsinə dair Türkiyənin  təklifi ilə razılaşıblar.

 

Teqlər