İyun 01, 2018 17:54 Asia/Baku
  • İran Türkiyənin ən böyük neft təminatçısı olmaqda davam edir
    İran Türkiyənin ən böyük neft təminatçısı olmaqda davam edir

İran İslam Respublikası Türkiyənin ən böyük neft təminatçısı olmaqda davam edir.

Türkiyənin enerji bazarına nəzarət orqanı bildirib ki, Türkiyənin İrandan neft idaxalatının iyirmi faiz azalmasına rəğmən, İran İslam Respublikası cari milad ilinin ilk üç ayında Türkiyəyə iki milyon tondan çox neft ixrac etməklə bu ölkənin ən böyük neft təminatçısı olmaqda davam edir.

Həmçinin Türkiyənin cari ilin ilk rübündə xam neft idxalatı 33,5 faiz azalma ilə 4,1 faizə çatıb. Amma bu azalmaya rəğmən, İran Türkiyə bazarındakı payını qoruyub saxlayıbdır.

İranın Türkiyənin xam neft idxalatından olan payı cari ilin ilk rübündə 50,3 faizə çatıb, halbuki ötən il bu rəqəm 42,2 faiz olubdur.

Teqlər