İyun 22, 2018 10:31 Asia/Baku
  • Ərdoğan: Miqrantlar Suriyaya qayıdırlar
    Ərdoğan: Miqrantlar Suriyaya qayıdırlar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: Son aylarda Türkiyənin müxtəlif bölgələrində yerləşdirilən 200 min suriyalı miqrant ölkələri və yaşadıqları şəhərə qayıtmışlar.

İRNA-nın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan cümə axşamı günü Türkiyənin cənubunda Qaziantep şəhərində seçki təbliğat-təşviqat kampaniyasında deyib: Məqsədimiz Türkiyədə yerləşən 3,5 milyon suriyalı didərginin yaxın gələcəkdə öz vətənlərinə qayıtmasıdır. 

Türkiyə prezidenti deyib: Türkiyə Fərat çayının qərbinin təmizlənməsi və nəzarətə götürülməsində Rusiya və İranla əməkdaşlıq etdi, bu çayın şərq bölgələri haqda da İraq və İranla əməkdaşlıq edir, öz dostları ilə bütün suriyalı didərginlərin öz ölkələrinə qayıtmalarına şərait yaratmağa çalışır. 

Qərb və regionun bəzi ölkələrinin dəstəklədiyi terrorçu və təkfirçi qrupların Suriyadakı iştirakı ilə böhranın kəskinləşməsi nəticəsində yüz minlərlə suriyalı öz həyatını qurtarmaq üçün Türkiyəyə qaçıb. 

Teqlər