İyun 25, 2018 07:57 Asia/Baku
  • Rəcəb Tayyıb rdoğan
    Rəcəb Tayyıb rdoğan

Türkiyənin hazırkı prezidenti bu gün səhər tezdən bildirib ki, bu ölkənin prezident seçkilərində qələbə qazanıbdır.

Rəcəb Tayyıb Ərdoğan qeyd edib ki, Türkiyə xalqı qeyri-rəsmi nəticələrə əsasən, onu prezident seçib.

Ərdoğan seçkilərdə geniş iştirakına görə, Türkiyə xalqına təşəkkür edib və cari seçkiləri demokratik bir qələbə adlandırıb.

Türkiyə prezidenti həmçinin bu ölkə xalqının seçkilərdə iştirak səviyyəsini doxsan faiz elan edib.

Türkiyənin 26-cı parlament və prezidentlik sistemi çərçivəsində bu ölkənin ilk prezident seçkiləri dünən- iyunun 24-də keçirildi.

Teqlər