İyun 26, 2018 16:43 Asia/Baku
  • Türkiyədə başqa 100 nəfər həbs edilib
    Türkiyədə başqa 100 nəfər həbs edilib

Türkiyə məhkəmə hökmləri ilə ümümölkə əməliyyat nəticəsində Gülən qrupu ilə əlaqədə olmaqda ittiham edilən 132 nəfər həbs edilib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə məhkəmə rəsmilərinin hökmü ilə sahil qvardiyası və dəniz qüvvələrindən 30 nəfər Fətullah Gülən qrupu ilə əlaqədə olmaq ittihamı ilə saxlanılıb. 

Başqa bir əməliyyatda Türkiyənin 23 vilayətində əsgər və təhlükəsizlik qüvvələrindən 102 nəfər həbs edilib. 

Türkiyə dövləti Gülən qrupu ilə əlaqədə olanların 170 min nəfər təşkil etdiyini bildirərək bu adamların birbaşa yaxud dolayısı ilə 2016-cı il uğursuz dövlət çevrilişi əməliyyatında rola malik olduqlarını bildirir. 

Teqlər