Avq 16, 2018 08:36 Asia/Baku
  • Türkiyənin yeni qərarı; ABŞ məhsullarına 533 milyon dollarlıq rüsum

Türkiyənin ticarət naziri ABŞ istehsalı olan əksər məhsulların Türkiyəyə idxalına 533 milyon dollarlıq rüsumun alınması prosesinin başlandığını bildirib.

İRNA-nın məlumatına görə, Rüxsar Pekcan Amerika məhsullarına əlavə rüsumun tətbiq olunmasının Birləşmiş Ştatların hərəkətlərinə cavab olaraq həyata keçirildiyini bildirərək deyib: Bundan əlavə, çərşənbə günündən ABŞ istehsalı olan 22 məhsulun rüsumu ikiqat artırılıb. 

Türkiyənin ticarət naziri ABŞ-ın qeyri-qanuni hərəkətləri qarşısında türk şirkətlərin hüququnun müdafiəsini qeyd edərək deyib: Türkiyə hökuməti ABŞ-ın qeyri-qanuni hərəkətləri qarşısında türk şirkətlərin hüququnun müdafiəsi üçün səhlənkarlıq etməyib və bu hərəkətlərə münasib cavab verir. 

Türkiyənin ticarət naziri deyib: Belə bir şəraitdə, ABŞ-ın birtərəfli hərəkətləri dünyanın ticarət hesablamalarını ciddi təhlükəyə atıb. 

Polad və alüminiuma 25 və 10%-lik rüumun tətbiq olunması ABŞ-ın ticarət şəriklərinin irimiqyaslı etirazına səbəb olub, üstəlik bu şəriklər adekvat cavab olaraq Birləşmiş Ştatlardan idxal olunan bəzi məhsullara yeni rüsumlar tətbiq ediblər. 

Teqlər