Sen 19, 2018 19:48 Asia/Baku
  • Quterreş Rusiya-Türkiyə razılaşmasını müsbət qiymətləndirib
    Quterreş Rusiya-Türkiyə razılaşmasını müsbət qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatının baş katibi Rusiya və Türkiyənin Suriyanın İdlib vilayətində qeyri hərbi bölgənin yaradılması barədə razılaşmasını müsbət qiymətləndirib.

FransPressin verdiyi məlumata görə, BMT baş katibi Antonio Quterreş bu gün bir bəyanatda bildirib ki, Türkiyə ilə Rusiya arasındakı razılaşma İdlibdə geniş miqyaslı hərbi əməliyyatların qarşısının alınması ilə nəticələnəcək. 

Quterreşin bəyanatında deyilir: Bu razılaşma limitsiz olaraq İdlibin bütün bölgələrində həyata keçməli və bu bölgələrə hümanitar məqsədli gediş-gəlişi təmin etməlidir. 

Türkiyə və Rusiya prezidentləri Rəcəb Təyyib Ərdoğan və Vladimir Putin bazar ertəsi günü Rusiyanın Soçi şəhərində görüşərək regional məsələlər o sıradan da Suriyanın İdlib vilayətindəki durumu müzakirə etdilər və iki ölkənin bu vilayətdə hərbi əməliyyatların dayandırılması və qeyri-hərbi bölgənin yaradılması barədə razılığa gəlmələrini bildirdilər. 

İdlib vilayəti Suriyanın şimalında Türkiyə sərhədlərində yerləşir və hələlik Dəməşq ilə barışmağa hazır olmayan terrorçuların bazasıdır. 

Suriya ordusu İdlibi terrorçulardan təmizləməyə hazırlaşır.