Okt 27, 2018 12:40 Asia/Baku
  • Qaşıqçının adaxlısı Trampın dəvətini rədd etdi
    Qaşıqçının adaxlısı Trampın dəvətini rədd etdi

Ali-Səudu tənqid edən jurnalist Camal Qaşıqçının adaxlısı Xədicə Çingiz deyib: Amerika Qaşıqçının işində sədaqətli deyil və ABŞ prezidentinin Amerikaya səfər dəvətini qəbul etmirəm.

İRNA-nın verdiyi məlumata görə, Xədicə Çingiz dünən Haber Türk telekanalına verdiyi açıqlamada Qaşıqçının işində Amerikaya etimad etmədiyini bildirərək deyib: ABŞ prezidenti Donald Trampın bu dosiya barədə açıqlamaları ziddiyyətlidir və sadəcə ümumi fikrin diqqətini özünə yönəltmək xarakteri daşıyır. 

Xədicə Çingiz deyib: Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna müraciət edərkən o canından nigaran idi və mən də onunla birlikdə konsulluğa girmək istəyirdim ancaq mənə icazə vermədilər və Qaşıqçı dedi ki, onun başına bir iş gələrsə Türkliyə prezidentinin yaxınlarından olan Yasin Oktay ilə əlaqə saxlayım və mən də belə elədim. 

Səudiyyə rejiminin tənqidçilərindən olan Camal Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra yoxa çıxdı və Səudiyyə Ərəbistanı bu hadisədən 18 gün sonra bildirdi ki, Qaşıqçı konsulluq binasında öldürülüb. 

Səudiyyə Prokuroru da deyib ki, əldə olunan məlumatlar ittiham edilən şəxslərin öncə hazırlanmış plan əsasında Qaşıqçını qətlə yetirdiklərini göstərir. 

Teqlər