Fev 22, 2019 08:39 Asia/Baku
  • İran ilə Türkiyə arasında yeni sərhəd terminalı işə başlayıb

Türkiyənin şərqindəki Van əyalətində yerləşən “Kapı Köy” sərhəd keçidi bərpadan sonra bir daha türkiyəli və iranlı müsafirlərin xidmətində qərar tapıbdır.

Türkiyənin Van əyalətinin sənət və ticarət otağının rəyasət heyətinin sədr müavini Faruq Binar “Kapı Köy” sərhəd keçidinin bərpasını şərh edərək, deyib: Bu sərhəd keçidi Vanı İrana, Türkiyəni də Şərqə qoşur və onun təchizi illər öncədən iş gündəmində durubdur.

Van əyalətinin sənət və ticarət otağının rəyasət heyətinin sədr müavini əlavə edib: “Kapı Köy” sərhəd keçidinin bərpası region üçün diqqətəlayiq iqtisadi inkişafa gətirib çıxaracaqdır.

Van əyalətindəki “Kapı Köy” gömrüyü Türkiyənin İranla ən böyük sərhəd keçididir ki, tarifsiz gömrük satış mərkəzlərinə, həmçinin anbar, avtomobillərin sınağı və nəzarət sistemi, X-Ray aparatı, müsafirlər zalı və digər ictimai və əyləncə imkanlarına malik olaraq, müsafirlərin xidmətində olacaqdır.

 

 

Teqlər