Fev 27, 2019 19:45 Asia/Baku
  • İran və Türkiyə sərhədlərində təhlükəsizliyin artırılmasına dair anlaşma
    İran və Türkiyə sərhədlərində təhlükəsizliyin artırılmasına dair anlaşma

İranın daxili işlər nazirinin müavini: İran və Türkiyənin müştərək sərhəd təhlükəsizliyi işçi qrupunun iclasında terrorçu qruplar və narkotik maddələrin qaçaq edilməsi ilə mübarizəyə habelə, sərhəd keçid məntəqələrinin təhlükəsizliyinin artırılmasına dair razılıq əldə olundu.

İRİB-nin bildirdiyinə görə, Hüseyn Zülfüqari narkotik maddələrin qaçaq edilməsi ilə daha təsirli və ahəngdar formada mübarizənin aparılması üçün informasiya mübadiləsinin həyata keçirilməsi habelə, qanunsuz mühacirətə nəzarətin artırılması üzrə ahəngdarlığın yaradılmasını müzakirə mövzularından adlandırdı və dedi: Quru yolu ilə Türkiyəyə səfər edən İranlı turistlərin təhlükəsizliyini təmin etmək üçün də İran - Türkiyə birgə təhlükəsizlik komissiyasında razılıq əldə olundu.

İran İslam Respublikasının sərhəd qüvvələri komandanı general Qasım Rzayi də dedi: İran və Türkiyə sərhəd təhlükəsizliyinin təmin edilməsi üzrə əməkdaşlıqlarda ötən bir ildə yaxşı irəliləyişə nail olublar. Belə ki, ötən bir ildə birgə təhlükəsizlik komissiyasının keçirdiyi 4 iclasda əldə edilən anlaşmaların böyük bir hissəsi artıq həyata keçirilib.

İran və Türkiyə arasında birgə təhlükəsizlik komissiyasının iclası iki ölkənin daxili işlər nazirləri müavinlərinin iştirakı ilə çərşənbə axşamı Ankarada baş tutub. İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari və Türkiyənin daxili işlər nazirinin müavini Möhtərəm İncə bu iclasda iştirak edən İran və Türkiyənin nümayəndə heyətlərinə başçılıq ediblər.

Teqlər