Mart 24, 2019 16:30 Asia/Baku
  • Qəzzədə bir fələstinli gənc şəhid olub

Dünən gecə Qəzzənin şərqində sionist hərbçilərin atəşləri nəticəsində yaralanmış bir fələstinli gənc bu gün şəhid olub.

Fələstin səhiyyə nazirliyinin məlumatına görə, Həbib Həmzə Misri Qəzzənin şərqində sionist hərbçilərin atəşlərinə tuş gələrək, sinəsindən yaralanıb.

Sionist hərbçilər dünən gecə geniş surətdə atəş açıb, gözyaşardıcı qaz buraxaraq, fələstinlilərn Qəzzə zolağının sərhəd hissəsindəki dinc fəaliyyətlərini yatırmağa başlayıblar ki, bu zaman dörd nəfər, o sıradan Həbib Həmzə Misri yaralanıb. Onlarla nəfər də gözyaşardıcı qazla tənəffüs nəticəsində boğuntu halına düşüb.

Həmçinin sionist rejimin pilotsuzları bir neçə dəfə Qəzzə zolağının şərqində fələstinli gəncləri hədəfə alıblar ki, bu zaman bir neçə nəfər yaralanıb.

Sionist rejimin bir ədəd qırıcısı da bu gün səhər Həmas hərəkatının Qəzzənin cənubunda yerləşən iki gözətçi qülləsini bombalayıb.

Teqlər