Apr 19, 2019 08:38 Asia/Baku
  • Ərdoğan Türkiyədə seçki bəhslərinə son qoyulması vaciblyini vurğulayıb
    Ərdoğan Türkiyədə seçki bəhslərinə son qoyulması vaciblyini vurğulayıb

Türkiyə prezidenti deyib ki, bu ölkədə 31 mart bələdiyyə seçkilərilə bağlı bəhslərə son qoyulmalıdır.

Rəcəb Tayyıp Ərdoğan dünən Ankarada həmkarlar ittifaqları konfederasiyasının “Təhdidlər və iş fürsətləri” konfransının açılış mərasimində deyib: Türkiyədə seçki mübarizələri başa çatıbdır və bundan sonra təhlükəsizlik və iqtisadi məsələlər daxil olmaqla daha mühüm məsələlər üzərində təmərküzləşmək lazımdır.

Türkiyə prezidenti əlavə edib: Ədalət və İnkişaf Partiyası İstanbul bələdiyyə seçkiləri ilə bağlı ali seçki şurasının yekun rəyini gözləyəcəkdir.

Ədalət və İnkişaf Partiyasından İstanbul bələdiyyə seçkilərinə namizəd Binalı Yıldırım da deyib ki, bu partiya 31 mart seçkilərindəki hüquqlarına çatmaq üçün bütün qanuni yollardan istifadə edəcəkdir.

Ədalət və İnkişaf Partiyası 31 mart bələdiyyə seçkilərində qalib gəldi, amma Ankara və İstanbul daxil olmaqla bəzi iri şəhərlərdə on il yarımdan sonra məğlub oldu.

Bu partiya bələdiyyə seçkilərində geniş saxtakarlığın olması iddiası ilə Türkiyə ali seçki şurasına rəsmi ərizə təqdim edərək, İstanbul seçkilərinin bir daha keçirilməsini istəyibdir.

 

 

Teqlər