Okt 15, 2019 19:47 Asia/Baku
  • Ərdoğan Suriya ərazisində sözdə təhlükəsiz bölgənin yaradılmasına təkid edib

Türkiyə prezidenti Suriyanın şimal-şərq bölgələrində sözdə təhlükəsiz bölgənin yaradılmasından xəbər verib.

Rəcəb Tayyıb Ərdoğan bu gün Bakıda türkdilli ölkələrin əməkdaşlıq şurasının yeddinci iclası çərçivəsində deyib: Suriyanın şimalında uzunluğu 444, eni isə 32 kilometr olan sözdə təhlükəsiz bölgənin yaradılması ilə didərginlər bu bölgəyə qayıda bilərlər.

Türkiyə prezidenti Türkiyə ordusunun Suriyanın şimal-şərqinə hücum etməsinə işarə edərək, deyib: Bu gün səhərədək ordu Suriyanın Əlriqqə və Əlhəsəkə bölgələrində keçirilən “Sülh bulağı” əməliyyatında təqribən min kvadrat-kilometrlik əarzini terror qruplarından təmizləyibdir.

Ərdoğan vurğulayıb: Türkiyə ordusu Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK, Xalq Müdafiə Bölmələri- YPG və Suriya Demokratik Birlik Partiyası- PYD ilə mübarizəsini davam etdirəcək ki, Suriyanın şimal-şərq hissəsini bu qruplardan azad etsin və bununla Ankara öz məqsədlərinə çatmış olsun.

Türkiyə ordusunun Suriyanın şimal-şərqinə qarşı geniş əməliyyatı çərşənbə günündən başlanıb və davam etməkdədir.

Suriya rəsmiləri bu əməliyyatı pisləyərək, vurğulayıblar ki, suriyalılar özlərinin ərazi bütövlükləri və suverenliklərini müdafiə edəcəklər.

Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatı beynəlxalq və regional səviyyələrdə pislənibdir.