Fev 05, 2020 13:09 Asia/Baku
  • Suriya Türkiyə qüvvələrinin öz ərazisində iştirakını qanunsuz adlandırıb
    Suriya Türkiyə qüvvələrinin öz ərazisində iştirakını qanunsuz adlandırıb

Suriya ordusunun komandanlığı bildirib ki, Türkiyə qüvvələrinin bu ölkə ərazisində iştirakı qanunsuz və bir düşmənçilik hərəkətidir və Suriya ordusu bu qüvvələr tərəfindən öz hərbçilərinə qarşı hər cür hücuma cavab verməyə tam hazır vəziyyətdədir.

Suriya ordusunun komandanlığı bir açıqlamada vurğulayıb: Suriya ordusu İdlibdə gərginliyin azaldılması bölgəsində mülki məntəqələrdə yaşayan vətəndaşlara kömək etmək, həmçinin bu məntəqələrə hücum edən terror qruplarını aradan götürmək və Suriya ərazisini müdafiə etrmək üzrə milli borcunu yerinə yetirməkdə davam edəcək.

Suriya ordusu bildirib: Ordu qüvvələri terrorçuların mühasirəsində olan İdlibin “Təl-Tuqan” bölgəsi və Səraqib şəhərində sıravi vətəndaşların həyatlarını qorumağa çalışmaqdadırlar.

Türkiyə KİV-ləri dünən gecə Suriyanın şimalında yerləşən Hələb və İdlib vilayətlərində həmin ölkə ordusunun mövqelərinə qarşı artilleriya hücumundan xəbər veriblər.

Türkiyənin çətiri altında olan və Suriyanın İdlib vilayətində yerləşən terrorçular tərəfindən atəşkəsin ardıcıl şəkildə pozulmasının ardınca Suriya ordusu bu vilayəti terror qruplarının hökmranlığı altından çıxarmaq üçün bir neçə gün bundan öncədən ona doğru irəliləyişinə başlayıbdır.

Suriya ordusu İdlib vilayətinin cənubunda irəliləməklə yanaşı, bölgələri terrorçulardan təmizləmək üçün Hələb vilayətinin qərbi və cənubunda əməliyyata başlayıbdır.

 

 

Teqlər