Fev 12, 2020 21:26 Asia/Baku
  • Türkiyənin İdlib bölgəsindəki ikili siyasəti
    Türkiyənin İdlib bölgəsindəki ikili siyasəti

Suriya ordusunun İdlib bölgəsində irəliləməsilə bir vaxtda, Türkiyə xəbərdarlıq edib ki, bütün cəbhələrdə hərbçilərinə qarşı istənilən hərəkəti cavabsız qoymayacaq.

Türkiyənin Müdafiə Nazirliyi yenə də bayanat yaydı. Bəyanatda deyilir: 5 hərbçimizin öldürülməsinə cavab olaraq Suriyanın 55 nöqtəsini hədəfə almışıq. Suriyanın 101 hərbçisi də Türkiyə hərbçisinin dili ilə desək zərərsizləşdirilib. Yəni öldürülüb, yaralanıb və ya əsir düşübdür.

Türkiyə əsgəri: “ Suriya rejiminə aid helikopter...

Əlbətdə bayanatda deyilir ki, bu statistika meydandakı müşahidələrə əsaslanır. Hansı ki, çoxları Türkiyənin bu meydanda olmasını qeyri-qanuni sayır.

M.M: Bir nəfər məni qane etsin. Bu siyasət nədir? Türkiyə kilometrlərlə uzaqda yerləşən Liviyada Həftər və Sirac arasında sülh yaratmağa çalışır, amma öz qonşuluğunda Suriyanın qanuni hökumətilə sülh istəmir. İdlib bölgəsinin Suriya ordusu tərəfindən terrorçuların işğalından tam azad edilməsinə çox az qaldığı bir vaxtda rəsmi Ankara Suriyanı hədələyir.

Ərdoğan: “ Bundan sonra əgər Suriya tərəfindən İdlibdə yerləşən hərbi qüvvələrimizə hər hansı bir xəsarət yetirilərsə, Soçi razılaşmaları və anlaşmalarını nəzərə almadan, Suriya hərbçilərini təkcə bölgədə deyil, hər yerdə hədəfə alacağıq”.

İki gün əvvəl Rusiya nümayəndə heyəti İdlib böhranı üçün siyasi həll yolunun tapılması məqsədilə danışıqlar aparmaq üçün Ankarada oldular. Rusiya terrorçuların İdlib bölgəsində varlığından narahatdır və onların Suriya ordusu tərəfindən məhv edilməsini dəstəkləyir.

M.M: Kreml İdlib bölgəsinin hazırkı durumu və terrorçuların orada sərbəst şəkildə fəaliyyət göstərməsilə əlaqədar narahatlığını gizlətmir. İdlib bölgəsinin vəziyyəti Soçi razılaşmalarına əsasən tənzimlənməli və Suriyanın silahlı qüvvələri və Rusiyanın təsisatlarına qarşı terrorçuların istənilən hərəkəti dayandırılmalıdır. 

Suriya ordusunun İdlib istiqamətində geniş şəkildə irəliləməsinə rəğmən, Türkiyənin Suriya torpaqlarına hərbi kontingent və hərbi texnika göndərməsi hələ də davam etdirilir.

Hazırda belə bir sual yaranır; İdlib bölgəsinin Suriya ordusu tərəfindən silahlı terrorçuların işğalından tam azad edildiyi təqdirdə, öz sərhədlərində təhlükəsizlik və sakitliyin müdafiəçisi olduğunu iddia edən Türkiyə hansı bəhanə ilə Suriyadakı hərbi müdaxiləsini davam etdirəcəkdir.

 

Teqlər