Fev 16, 2020 14:26 Asia/Baku
  • Ərdoğan yenə də Suriyaya xəbərdarlıq etdi

Türkiyə prezidenti təhdid xarakterli bir bəyanatla çıxış edərək, Suriya ordu qüvvələrinin bu ayın sonunadək İdlib bölgəsindən çıxmayacaqları təqdirdə, Türkiyənin hərəkətə keçəcəyini bildirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan fevralın 15-də Suriyanın İdlib bölgəsi hadisələrilə bağlı etdiyi çıxışında iddia edib ki, Suriya qüvvələrinin İdlib bölgəsindən geri çəkilməyəcəkləri zamanadək bu bölgənin böhranı həll olunmayacaqdır.

Türkiyə prezidenti bu ölkə hərbçiləri tərəfindən Suriyanın ərazi bütövlüyünün pozulmasına və rəsmi Ankaranın hərəkətlərinin beynəlxalq razılaşmalara zidd olmasına toxunmadan, əlavə edib: " Əgər Suriya qüvvələri bu ayın sonunadək İdlib bölgəsindən çıxmazsa, onunla mübarizə aparacağıq".

Buna baxmayaraq, Ərdoğan qeyd edib ki, Suriya ərazisini işğal etmək niyyətində deyil və məsələnin həlli üçün başqa yollar axtarmağa çalışır.

Suriya ordusu bir ay əvvəldən bu ölkənin İdlib əyalətində terrorçulara qarşı bir neçə istsqamətdən hərbi əməliyyata başlayıb və bu müddət ərzində bu bölgə ərazisindən 600 kvadrat kilometri, həmçinin Hələb-Dəməşq strateji magistral yolunu  azad edərək bölgəni terrorçulardan təmizləyib.

Teqlər