Apr 02, 2020 09:59 Asia/Baku
  • Türkiyədə koronavirusdan ölənlərin sayı 277 nəfərə çatıb

Türkiyənin səhiyyə naziri dünən gecə bildirib ki, bu ölkədə koronavirusdan ölənlərin sayı 277 nəfərə çatıb.

Fəxrəddin Koca həmçinin ötən sutka ərzidə bu ölkədə 2148 yeni yoluxma halının qeydə alındığını bildirib. Qeyd edib ki, indiyədək Türkiyədə 15679 nəfər bu virusa yoluxubdur.

Türkiyədə koronavirusa yoluxanların sayının artması ilə bu ölkədə bütün mədəni, bədii və elmi tədbirlər ləğv edilibdir.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan da bu ölkə vətəndaşlarından istəyibdir ki, koronavirusu aradan qaldırmaq üçün evdə qalsın və gediş-gəlişdən çəkinsinlər.

Rəsmi adı COVID-19 olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uhan şəhərində aşkar edilib.

Son statistikalara görə, indiyədək dünyada azı 900 min nəfər bu virusa yoluxub. Bu miqdardan təqribən 190 min nəfər sağalıb, azı 45 min nəfər isə həyatını itiribdir.

TÜRKYƏDƏ COVID-19-DAN ÖLƏNLƏRİN SAYI 277-Ə ÇATIB