İyun 25, 2020 16:58 Asia/Baku
  • Türkiyə-İran sərhədində zəlzələ olub

Türkiyə - İran sərhədində Rixter cədvəli ilə 5,3 bal gücündə zəlzələ olub.

SəhərAzəri xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD)  bu ölkənin Van vilayətinin Özalp rayonunda yerli vaxtla saat 13:03-də zəlzələnin baş verdiyini bildirib.

Yeraltı təkanlar yerin 7 km dərinliyində baş verib və İranın Qərbi Azərbaycan əyalətində də hiss olunub.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu zəlzələ nəticəsində tələfatın olmadığını, 1 evin dağıldığını açıqlayıb.

Van valisi Mehmet Emin Bilmez də bir neçə şəhərdə binalara ciddi ziyan dəydiyini və 5 nəfərin xəsarət aldığını söyləyib. Hazirda fəlakət bölgəsinə xilas edicilər cəlb olunub.

Teqlər