Sen 03, 2020 19:22 Asia/Baku
  • Türkiyə Kiprə qarşı silah məhdudiyyətinin azalmasına reaksiya verib

Türkiyənin müdafiə naziri Amerikanın Kiprə qarşı silah sanksiyasının ləğv edilməsinə dair qərarına reaksiya verib.

SəhərAzəri xəbər verir, Amerikanın qərarını kəskin tənqid edən Hulusi Akar deyib ki, bu addım nəinki gərginliklərin azaldılması üçün bir həll yolu deyil, əksinə regionda münaqişə və müvazinətin pozulmasına bais olaraq, bölgədə çəkişmələrin davam etməsinə rəvac verir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da dünən deyibdir ki, Amerikanın bu qərarı regionda sülh və sabitliyə ziyan vurmaqdan əlavə, iki ölkə arasındakı birlik ruhuna da ziddir.

Amerikanın Kiprə qarşı silah embarqosu 1987-ci ilə qayıdır. Həmin embarqo silah rəqabətinin qarşısını almaq, həmçinin bu adanın yunan mənşəliləri ilə türk mənşəliləri arasında sülh sazişinə təşviq məqsədilə tətbiq olunmuşdu.

Teqlər