Sen 13, 2020 20:27 Asia/Baku
  • Türkiyənin

Şərqi Aralıq dənizində elan edilən "Navtex" müddətini başa vuran "Oruç Reis" kəşfiyyat-axtarış gəmisi sentyabrın 12-si gecə radərlərində Antalya Körfəzi yaxınlığında lövbər salıb.

Səhər Azəri bildirir ki, Türkiyənin "Oruç Rəis" kəşfiyyat-axtarış gəmisi bazar günü Antaliya sahil sularında lövbər atıb. 

Bu gəmir bir neçə ay öncə Aralıq dənizinin şərqinə göndərilmişdi. "Oruç Rəis" kəşfiyyat-axtarış gəmisi daha iki gəmi ilə birlikdə Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatlarının axtarışı ilə məşğul idi. 

Ankara və Liviyanın Milli Birlik Hökuməti arasında anlaşmanın əldə olunmasının ardınca Türkiyə ilə Yunanıstan və Kipr arasında Aralıq dənizinin şərqindəki karbohidrogen ehtiyatlarının mülkiyyətinə dair ixtilaflar şiddətlənib. Ankara qarşı tərəfin bütün iddialarına rəğmən Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatlarının axtarışını öz qanuni haqqı bilir. 

Teqlər