Okt 21, 2020 20:31 Asia/Baku
  • Türkiyə məhkəməsi BƏƏ-nin casusunun həbs olunmasına qərar verib

Türkiyə məhkəməsi çərşənbə günü BƏƏ-yə casusluq ittihamı ilə İordaniya vətəndaşının həbsinə qərar verib.  

SəhərAzəri xəbər verir, Trans-regional olan Əl-Qüds Əl-Ərəbiyə qəzetinin məlumatina görə, Türkiyənin mərkəzində yerləşən Sakarya əyalətinin məhkəməsi, Əhməd Mahmud Ayəş Əl-Əstalın siyasi və hərbi casusluq məqsədi ilə gizli daxili və xarici siyasət ilə bağli təhlükəsizlik məlumatları toplamaq və açıqlamaq ittihamı ilə həbs edilməsinə qərar verib.
Əl-Əstal, BƏƏ-də rejim əleyhinə bir saxta jurnalist  şəxsiyyət vəsiqəsi ilə, məlumat və sənəd toplamaq üçün Müsəlman Qardaşlarla əlaqəli ideoloji qurumlara sızıb.
Türkiyənin daxili və xarici siyasətindəki inkişaflar və dünya ilə əlaqələri barədə BƏƏ-yə məlumat verib və 15 iyul 2016-cı ildə baş tutmayan çevriliş cəhdi barədə də məlumat verib.

Teqlər