Noy 03, 2020 10:23 Asia/Baku
  • Ölənlərin sayı 100-ə çatdı; İzmir zəlzələsinin fəsadları böyüyür

Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş verən 6,6 bal gücündəki zəlzələ nəticəsində həlak olanların sayı 100-ə çatıb.

 SəhərAzəri xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarəsi Şöbəsi məlumat yayıb.

Bildirilib ki, 994 nəfər xəsarət alıb. Onlardan 847 nəfəri ambulator müalicəyə buraxılıb.

Zəlzələdən sonra 44-ü 4 baldan yuxarı olmaqla, 1464 afterşok qeydə alınıb.

Axtarış-xilasetmə əməliyyatları dağılan 17 binadan 12-də tamamlanıb.

Teqlər