Yan 20, 2021 10:55 Asia/Baku
  • Türkiyədə COVID-19-dan 167 nəfər öldü

Türkiyədə COVID-19-dan 167 nəfər öldü

SəhərAzəri Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6818 nəfər COVID-19 infeksiyasına yoluxub.

 Yeni növ koronavirusdan sağalan xəstələr 7218, ağır xəstələr isə 2162 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 399 781 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 277 987 nəfər sağalıb, 24 328 nəfər isə ölüb.

Teqlər