Sen 12, 2018 12:36 Asia/Baku

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi deyib: İraq Kürdüstanı yerli hakimiyyəti və İraqın mərkəzi hökuməti terrorçuları İran İslam Respublikasına təhvil verməlidirlər. Yox, əgər bu işin öhdəsindən gəlməyə qadir deyillərsə, onları öz ölkələrindən kənarlaşdırsınlar.

Verilişin müddəti : 00:01:26

Tarix : 2018/09/12

-------------------------------------------------------------------------

 

İRNA-nın məlumatına görə, general-mayor Məhəmməd Baqeri çərşənbə axşamı İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın terrorçu qruplaşmalardan birinin başçılarının İraq Kürdüstanında iclas təşkil etdikləri məkana raket zərbələri endirməsinə işarə edərək, deyib: 1996-cı ildə İraq Kürdüstanı başçıları habelə, İraqın Kürdüstan Demokrat Partiyasının rəhbərliyi yazılı olaraq İran İslam Respublikasına qarşı heç bir əməliyyat həyata keçirməyəcəklərinə dair öhdəlik qəbul ediblər. Amma, amerikalıların təhrik etməsi onların öz vədləri və öhdəliklərini pozmalarına və İrana qarşı terror hücumları həyata keçirmələrinə səbəb oldu. 

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi əlavə edib: Terrorçu qruplaşmaların İranda təxribat törətmələrinin ardınca onlara xəbərdarlıq edildi. Hətta, İraq Kürdüstanı yerli hakimiyyəti bu qruplaşmalara xəbərdarlıq etdi. Amma, onlar buna əhəmiyyət vermədilər. 

General-mayor Məhəmməd Baqeri İran İslam Respublikasının destruktiv hərəkətlərin davam etməsinə icazə verməyəcəyini deyərək, əlavə edib: Bu terror qruplaşmasının təxribatları davam edərsə, İranın qətiyyətli cavabı ilə üzləşəcək. 

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər