Paşinyan növbəti dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid etdi
https://azeri.sahartv.ir/news/qafqaz-i410988-paşinyan_növbəti_dəfə_kollektiv_təhlükəsizlik_müqaviləsi_təşkilatını_tənqid_etdi
“KTMT Ermənistana müttəfiq kimi yox, sülhməramlı kimi gəlmək istəyirdi”
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 08, 2024 08:46 Asia/Baku
  • Paşinyan növbəti dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid etdi

“KTMT Ermənistana müttəfiq kimi yox, sülhməramlı kimi gəlmək istəyirdi”

Ermənistanın baş naziri növbəti dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid edib.

Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın Ermənistana hücumları fonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana müttəfiq kimi deyil, sülhməramlı kimi gəlmək istəyirdi.

O deyib: “KTMT ilə ən böyük problemimiz o idi ki, onlar Ermənistana adət-ənənə kimi müttəfiq kimi yox, sülhməramlı kimi gəlmək istəyirdilər”.

Baş nazir əlavə edib: “Sülhməramlılara nə lazımdır? Onlara müharibə lazımdır. Bu vəziyyətdə müharibə nə vaxt mümkündür? Delimitasiya prosesindən imtina etdikdə”, - deyə o vurğulayıb.