May 08, 2024 13:52 Asia/Baku
  • Rəisi:

İran İslam Respublikası prezidenti Doğru Vəd əməliyyatını milli qürur mənbəyi və konsensus yaradan dönüş nöqtəsi kimi dəyərləndirib və deyib: "Bu əməliyyat sübut etdi ki, bu, güclü İran müharibə kölgəsini ölkənin üzərin götürə və hərbi variantı masadan silə bilər”.

Seyid İbrahim Raisi 10-cu canlı televiziya müsahibəsində "Doğru Vəd" əməliyyatını inqilabi rasionallığın bariz təzahürü adlandırıb və deyib: "Bu əməliyyat göstərdi ki, doğru zamanda doğru qərar qəbul edilərsə və düzgün həyata keçirilərsə, çox təsirli nəticələri ola bilər"

Sizcə, ölkənin problemlərinin həlli raketlər, yoxsa danışıqlar və ya hər ikisidir sualına cavab olaraq, prezident Rəisi deyib: “Danışıqlar da, lazım olanda raketlər də bunu edə bilər. Əslində, raketlərin raketlərə cavab vermək üçün lazım olduğunu söyləmək olar. Bununla belə İran heç vaxt danışıqlar masasını tərk etməyib, amma ölkəmizə qarşı istənilən düşmənçilik hərəkətinin qarşısında güclü şəkildə dayanacağıq. Biz dəfələrlə vurğulamışıq ki, İran İslam Respublikası dostluq istəyən bütün ölkələrin əlini hərarətlə sıxmağa hazırdır, lakin bəzi ölkələr son 45 ildə həmişə İranofobiyanı təbliğ ediblər".

O, 13-cü hökumətin yalvarış diplomatiyasını inqilabi rasionallıq diskursu ilə əvəz etdiyini bəyan edərək, əlavə edib: "Bu inqilabi rasionallığın təzahürlərindən biri ölkədə iqtisadi rifah olacaq".

Rəisi HƏMAS-ın atəşkəsi qəbul etməsinə baxmayaraq, sionist rejimin törətdiyi cinayətlərin davam etməsini dünya xalqlarının gözü qarşısında bu rejim tərəfdarlarının rüsvayçılığı və alçaldılması kimi qiymətləndirib və deyib: "Bu gün ədalət fəryadı təkcə Qərb dünyasının universitetlərində deyil, dünyanın hər yerində eşidilir və məhz bu uğursuzluqlar sionist rejimini ümidsizliyə sürükləyib və bu ümidsizliyin təzahürlərindən biri də bütün beynəlxalq qaydalara və çərçivələrə zidd olaraq İran İslam Respublikasının Dəməşqdəki konsulluq binasına hücum idi".

Teqlər