İyun 19, 2015 08:44 Asia/Baku
  • İrandan 53 əsər YUNESKO-nun
    İrandan 53 əsər YUNESKO-nun "Dünyanın yaddaşı"na daxil edilib

İran İslam Respublikasından indiyə kimi 53 əsər YUNESKO-nun "Dünyanın yaddaşı"na daxil edilmişdir.

İRİB-nin məlumatına görə, İranın Sənədlər Təşkilatı və Milli Kitabxana üzrə müşaviri Məhəmməd Sultanifər YUNESKO-nun "Dünyanın yaddaşı" proqramının İsfahanda keçirilən ilk iclasında deyib: İndiyə kimi İranın 7 əsəri beynəlxalq, 4 əsəri regional və 42 əsəri milli səviyyədə YUNESKO-nun "Dünyanın yaddaşı" proqramı tərəfindən qeydə alınıb.
Sultanifər seçilmiş əsərlərin milli, regional və beynəlxalq kateqoriyalar üzrə YUNESKO tərəfindən qeydə alına biləcəyini vurğulayaraq, əlavə edib: Əsərlərin YUNESKO-nun "Dünyanın yaddaşı"nda qeydə alınması üçün hər iki ildə bir iclas keçirilir və hər ölkədən maksimum 2 əsərin qeydə alınması həyata keçirilir.
YUNESKO-nun "Dünyanın yaddaşı" proqramı 1992-ci ildən həyata keçirilir. Bu proqramda məqsəd dünyanın mövcud irsini təhdid edən təhlükələr barədə daha artıq agahlığın əldə edilməsi, bu əsərlərin qorunması və onlarla daha yaxından tanış olmaq imkanının yaradılmasıdır.

Teqlər